Bank sektorunun xarici öhdəlikləri açıqlanıb

Bank sektorunun xarici öhdəlikləri açıqlanıb

Cari ilin iyun ayında manatla geniş mənada pul kütləsi ilin əvvəlinə nəzərən 6.2 faiz artaraq 31,404 milyon manat təşkil edib. SİA Mərkəzi Banka istinadla xəbər verir ki, bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 807.8 milyon manat artaraq 2,569.8 milyon manat təşkil edib. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident bankların “loro” müxbir hesabları, həmçinin hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.

Bütün xəbərlər Facebook səhifəmizdə