Meşə yanğınları ekologiyaya necə təsir edir? - MÜNASİBƏT BİLDİRİLDİ

Meşə yanğınları ekologiyaya necə təsir edir? - MÜNASİBƏT BİLDİRİLDİ

“Dünyada tüğyan edən meşə yanğınları əlbəttə ki ekologiyaya mənfi təsir göstərir. Meşə yanğınları müxtəlif səbəblərdən baş verir”. Bu sözləri SİA-ya açıqlamasında ekoloq Qorxmaz İbrahimli deyib.

Onun sözlərinə görə, meşə yanğınları əsasən insanların piknik zamanı, siqareti tam sönməmiş halda yerə tullamaları nəticəsində təsadüfən və ya qəsdən törədilir. Qəsdən meşə yanğınlarını ona görə törədir ki, insanlar bu və ya digər əraziləri əkin sahəsinə çevirmək istəyirlər. Brazilya daxil Cənubi Amerikanın bir çox bölgəsində meşə ərazilərini yandırmaqla tala hissələrinin yaranmasına səbəb olur”.

Ekoloq sözlərinə davam edərək bildirib ki, bəzi yerlərdə də istirahət zonaları yaratmaq üçün qəsdən meşə yanğını törədilir: “Eyni zamanda ildırım çaxmasından və qızmar istilərdən də bu yanğınlar baş verə bilir. Təbii ki, meşə yanğınlarının karbon qazının və karbon-dioksidin artmasında böyük rolu var. Bütün bunlar təbiət üçün təəssüf hissi doğurur”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə