Azərbaycanın qaz kəmərlərindən əldə olunan gəliri artıb - CƏDVƏL
Son beş ildə (2018-2022 illər) Azərbaycanda boru kəmərləri ilə nəqldən əldə olunan gəlir 1 294 625 min manat və ya 57% artıb.
Bu barədə SİA-ya Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən apardığı hesablamalara istinadən xəbər verir.
Məlumata görə, əgər 2018-ci ildə Azərbaycanda boru kəmərləri ilə nəqldən əldə olunan gəlir 2 272 532 min manat səviyyəsində olubsa, 2022-ci ildə bu göstərici 3 567 157 min manatadək yüksəlib.
Qeyd etmək lazımdır ki, boru kəmərlərindən əldə olunan gəlirin artımı əsasən qaz kəmərləri ilə nəqldən əldə olunan gəlirin artımı ilə əlaqəlidir.
Belə ki, hesabat dövründə qaz kəmərləri ilə nəqldən əldə olunan gəlir 1 595 408 min manat və ya 3,2 dəfə artaraq, 732 835 min manatdan 2 328 243 min manatadək yüksəlib.
Azərbaycanda boru kəmərləri ilə nəqldən əldə olunan gəlirlərin illər üzrə strukturu:
|
Cədvəldə göründüyü kimi, boru kəmərlərindən əldə olunan gəlirlər ildən ilə tədricən artıb.
Hesabat dövründə qaz kəmərləri ilə nəqldə əldə olunan gəlirdə ildə ilə artım müşahidə olunurdusa, neft kəmərlərindən əldə olunan gəlirdə yalnız son iki ildə artım qeydə alınıb. 2018-2020-ci illərdə neft kəmərləri ilə nəqldən əldə olunan gəlirin azalması müşahidə olunub.
Boru kəmərləri ilə daşınmasından əldə olunan gəlir, əvvəlki ilə nisbətən %-lə:
|
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB