Uçot dərəcəsinin sabit qalması inflyasiyaya necə təsir göstərəcək? - İQTİSADÇI DANIŞDI
“Mərkəzi Bank uçot dərəcəsinin dəyişməz qalması barədə qərar qəbul edib. Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsinin artırılması və ya azalması nə inflyasiya səviyyəsinə, nə də kredit faizlərinə ciddi təsir göstərə bilmir. Adətən, inkişaf etmiş, liberal iqtisadiyyatın formalaşdığı ölkələrdə bank sektorunda rəqabətin böyük olduğu ölkələrdə, eyni zamanda bankların kredit portfelinin formalaşmasında və Mərkəzi Bankların önəmli rol oynadığı ölkələrdə uçot dərəcəsinin dəyişməsi həm inflyasiyaya, həm də kredit faizlərinə təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, uçot dərəcəsinin dəyişməsi ilk növbədə kredit faizlərində özünü büruzə verir: “Bu, kredit faizlərinin nəticəsi olaraq inflyasiyaya təsir edir. Amma Azərbaycanda bu təsirlər minimal olduğu üçün uçot dərəcəsinin sabit qalması və ya uçot dərəcəsinin artırılması heç bir sahəyə ciddi təsir göstərmir. Xüsusilə vurğulamaq istəyirəm ki, söhbət ciddi təsirlərdən gedir. Hesab edirəm ki, hazırkı məqamda da uçot dərəcəsinin dəyişməz qalmasının kredit faizlərinə hər hansı bir təsiri olmayacaq”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB