Yeni yolun tikintisi Qarabağın iqtisadi inkişafına hansı töhfələri verəcək? - İQTİSADÇI ŞƏRH ETDİ
“İşğaldan azad olunmuş ərazilərimiz intensiv şəkildə bərpa edilir. Vətən müharibəsindən sonra Şərqi Zəngəzurda 700 km-dan artıq yeni yollar salınıb. Bu baxımdan yeni yolun çəkilişi və bu istiqamətdə intensiv işlərin aparılması həm də Qarabağın iqtisadi inkişafı yönündə vacibdir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, bu bir tərəfdən Şuşa ilə Azərbaycanın digər əraziləri arasında kommunikasiyanın daha da asanlaşmasına imkan verəcək: “Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə yeni yolların tikintisi turizmin inkişafı üçün də vacibdir. Çünki nəzərə alsaq ki, məskunlaşma prosesi intensivləşib və bu ilin sonuna qədər işğaldan azad olunmuş ərazilərdə 10 minə yaxın vətəndaşımız məskunlaşacaq. Artıq növbəti illərdən iqtisadiyyatın formalaşması və reinteqrasiyası prosesi olacaq. Ona görə də bu kontekstdən Əhmədbəyli-Füzuli-Şuşa yolu bütövlükdə Qarabağın inkişafı, xüsusilə də turizmin xidmət sektoru inkişafı baxımından əhəmiyyətli töhfəyə malik olacaq”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB