Azərbaycana tütün məhsullarının idxalı 41% artıb

Azərbaycana tütün məhsullarının idxalı 41% artıb

2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycana 57,017 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edilib. Dövlət Gömrük Komitəsinin məlumatına istinadən SİA xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 41% və ya 16 milyon 554 min dollar artıb. 2022-ci ilin ilk 6 ayı ərzində Azərbaycana 40 milyon 463 min dollar dəyərində tütün tütün məhsulları idxal edilib.

Qeyd edək ki, cari ilin yanvar-iyun aylarında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0.70%-nə bərabər olub.

Bütün xəbərlər Facebook səhifəmizdə