Türkiyənin iyun ayı ixracatı 20 milyard 901 milyon dollarlıq olub.
Ölkənin Ticarət Nazirliyi 2023-cü il iyun ayı üzrə xarici ticarət məlumatlarını açıqlayıb. Buna əsasən, Türkiyənin iyun ayında ixracatı 20 milyard 901 milyon dollarlıq olub.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, 2023-cü ilin ilk yarısında 6 aylıq ixrac 123,4 milyard dollar təşkil edib.
İlin ilk yarısında Türkiyənin Avropa İttifaqında 52, Afrikaya 10, Amerikaya 10,6, Yaxın və Orta Şərqə 20,7 milyard dollarlıq ixracat həyata keçirdiyi hesablanıb.
Qlobal iqtisadiyyatdakı durğunluğa baxmayaraq, xarici ticarətdə baş verən müsbət irəliləyişlər Türkiyənin makroiqtisadi sabitliyini gücləndirməklə investisiya, istehsal, ixrac və məşğulluq prioritetləri baxımından əlverişli mühitin yaradılmasına töhfə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB