Keçmişdəki və indiki mal-qara arasında hansı fərqlər var? - MÜTƏXƏSSİS AÇIQLADI
"Yaxın keçmişə nəzər salsaq görərik ki, heyvanlar otlaqlarda otlayar, şırıl-şırıl axan dərələrdən su içərdilər. Meşədə, çöldə, bayırda, bağda, bağçada bitən otları yeyərdilər. Demək olar xəstələnməzdilər. Bu baxımdan dərmana, peyvəndə və s. ehtiyac yox idi. Çox yerdə çoban da lazım olmazdı. Evdən buraxılan qaramal, qoyun-quzu gedəcəkləri yeri bilər, qidasını təmin edər, axşam yaxınlaşınca da özlüyündən sahibinin axırına qayıdardı". Bu sözləri SİA-ya açıqlamasında Təhlükəsiz qida tədqiqatçısı Asim Vəliyev deyib.
Onun sözlərinə görə, belə heyvanların südü, yunu qədər, əti də şəfalı idi: "Bundan başqa sürülər üçün lazım olan çoban məsrəfi xaric, bəsləmək də məsrəfsizdi. İç orqanları və ətlərində heç bir xəstəlik əlaməti görülməzdi. Bugünkü kimi heç birinin ağciyəri, qaraciyəri incələmə gərəkdirməzdi. Ət novruzgülü kimi, kəklikotu kimi, palıd kimi gözəl qoxuyardı. Biz dağa-daşa çıxıb, çeşid-çeşid bitkiləri toplayıb yeyə bilməsək də onların ətlərini yeyib südlərini içdikdə, eynilə onları yemiş kimi olurduq.
Hal-hazırda isə müasir sənayenin tələbi olaraq artıq böyük əksəriyyət heyvanlar günəşsiz, havası az olan, sərbəst dolaşa bilmədikləri, istədiyi kimi bəslənə bilmədikləri fermalarda yetişdirilir. Təbii ki, bu onların dadına, qoxusuna, qida dəyərinə də təsir edir. Həmçinin Türkiyədə heyvandarlıq daha çox xarici sortlar əsasında inkişaf edir, heyvanlar yuxarıda da qeyd etdyimiz kimi sərbəst dolaşa bilmir, qabaqlarına hazır müxtəlif qatqılı yemlər qoyulur və bu şəkildə yetişir, kəsimə gedir. Azərbaycanda isə az da olsa yerli sort heyvanlar qorunub saxlanıb, heyvanlar otlaqlarda, öz tapdıqları təbii qidalarla yetişdiyindən bizim ətlərlə Türkiyədə ətlər arasında həm dad, həm də qida dəyəri baxımından fərq çoxdur".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB