Azərbaycanda əhalinin gəlirləri 15% artıb

Azərbaycanda əhalinin gəlirləri 15% artıb

2023-cü ilin yanvar-may aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,7% artaraq 30302,9 milyon manat və ya hər nəfərə orta hesabla 2989,1 manat olub.

Bu barədə SİA-ya Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, əhalinin sərəncamında qalan gəlirləri 26622,9 milyon manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə