Dünya Bankının Türkiyə iqtisadiyyatı üçün proqnozu

Dünya Bankı Qlobal İqtisadi Perspektivlər Hesabatının iyun buraxılışını paylaşıb
Dünya Bankının Türkiyə iqtisadiyyatı üçün proqnozu

Dünya Bankı Türkiyə iqtisadiyyatı üçün artım gözləntisini 3,2 faizə qaldırdı.

SİA-nın əldə etdiyi məlumata görə, Dünya Bankı Qlobal İqtisadi Perspektivlər Hesabatının iyun buraxılışını paylaşıb.

Hesabatda Türkiyə iqtisadiyyatının 2023-cü ildə 3,2 faiz, 2024-cü ildə 4,3 faiz, 2025-ci ildə isə 4,1 faiz inkişafı gözlənildiyi bildirilib.

Qeyd edək ki, Dünya Bankı yanvar ayında açıqladığı məlumatda Türkiyə iqtisadiyyatının 2023-cü ildə 2,7 faiz, 2024-cü ildə isə 4 faiz artacağını proqnozlaşdırmışdı.

Fevralın əvvəlində Türkiyənin iki böyük zəlzələ ilə sarsıldığını xatırladan hesabatda Türkiyənin Avropa və Mərkəzi Asiya bölgəsinin böyüməsinə əhəmiyyətli töhfələr verməyə davam etdiyi və iqtisadiyyatının 2023-cü ilin ilk rübündə də möhkəm qaldığı vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə