"Son dönəmlər neftin qiyməti düşür, bunun da Azərbaycan iqtisadiyyatına ciddi təsirləri var. Azərbaycanın ixrac gəlirləri əsasən neft sektoru vasitəsilə formalaşır. Təkcə neftin qiyməti yox, ötən illə müqayisədə qazın qiyməti də düşüb". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

O, bildirib ki, qazın və neftin qiymətinin düşməsi Azərbaycanın ixrac gəlirlərini azaldır. Tədiyyə balansı profsitini aşağı salır: "Düzdür, tədiyyə balansında müsbət ixrac idxalı üstələyir, amma yenə də neft və qaz gəlirlərinin aşağı düşməsi ölkənin ümumi gəlirlərinin aşağı düşməsinə gətirib çıxardır. İndiki qiymətlər aşağı düşsə də pis deyil, Azərbaycan üçün komfortlu qiymətlərdir. Qısası 80, 75, 70 dollarlıq hətta 60 dollara qədər olan qiymətlər bizim üçün yaxşıdır. Ancaq neftin 60 dollara düşəcəyi gözlənilmir. Düzdü proqnoz təşkilatları hər bir neftin 2023-cü il üçün qiymət ortalamasının düşəcəyini düşünürlər amma bununla yanaşı yenə də neftin qiymətlərinin 70 dolların üzərində olacağı güman olunur. Bu baxımdan ölkənin valyuta gəliri aşağı düşsə də bu nə büdcədə, nə də valyuta məzənnəsində problem yaradacaq səviyyədə deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB