FED 25 bənd üzrə uçot dərəcəsini artırıb

FED 25 bənd üzrə uçot dərəcəsini artırıb

ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 25 bənd üzrə uçot dərəcəsini artırıb. SİA xəbər verir ki, bu barədə təşkilatın press-relizində bildirilir. Belə ki, FED-in Açıq Bazar Əməliyyatları üzrə Komitəsi federal fondlar üzrə faiz dərəcəsini 25 bənd üzrə qaldırıb. İndi onun diapazonu illik 5-5,25% təşkil edir. Sonuncu dəfə bu göstərici 2007-ci ildə 5%-dən yuxarı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə