"AMB ölkə iqtisadiyyatının davamlı artımını proqnozlaşdırır" - QURUM RƏSMİSİ

"AMB ölkə iqtisadiyyatının davamlı artımını proqnozlaşdırır" - QURUM RƏSMİSİ

“Bu il Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 6 % artım gözlənilir”. SİA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin I müavini Vüqar Əhmədov mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, ümumiyyətlə, AMB ölkə iqtisadiyyatının davamlı artımını proqnozlaşdırır: “Buna sərmayələr və ildən-ilə artan insan kapitalı kömək edir”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə