Azərbaycan ilə İsrail arasında perspektiv layihələr müzakirə olunub

Azərbaycan ilə İsrail arasında perspektiv layihələr müzakirə olunub

İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-İsrail Birgə Komissiyasının İsrail tərəfdən həmsədri, İsrailin xarici işlər naziri Eli Kohen ilə görüşüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə nazir məlumat verib.

“Görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişafını məmnunluqla vurğuladıq, iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və perspektiv layihələr barədə müzakirələr apardıq”, - deyə M.Cabbarov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə