Budapeştdə TDT energetika nazirlərinin iclası keçiriləcək

Energetika naziri Pərviz Şahbazov martın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi dövlətlərin energetika nazirlərinin 3-cü iclasında iştirak edəcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbir çərçivəsində energetika naziri Pərviz Şahbazovun çıxışı və ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə