Yeni fındıq bağlarında xorvat seleksiyasına aid sortlar əkilib

Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu tərəfindən Ukrayna və Xorvatiyadan olan mütəxəssislərlə birgə əməkdaşlıq çərçivəsində yeni fındıq bağları salınır. SİA-nın bölgə müxbiri xəbər verir ki, hazırda institutun Zərdabi adına Elmi Təcrübə Bazasında xorvat seleksiyasına aid fındıq sortlarından ibarət anaclıq, həmçinin fərqli əkin sxemlərində intensiv və superintensiv nümayiş bağları salınır.

Ukraynanın Qərzəkli Meyvə Bitkiləri Assosiasiyasının vitse-prezidenti, eyni zamanda “Akademik Unanov adına fermer təsərrüfatı”nın direktoru Vasiliy Babanski və Xorvatiyanın “Gospodarstvo Moulis” fındıq təsərrüfatının direktoru Vlado Moulis əkin prosesində iştirak edib.

Birgə əməkdaşlıq çərçivəsində introduksiya edilən xorvat findıq sortlarının respublikamızın müxtəlif regionlarında rayonlaşdırılması üzrə adaptiv tədqiqatlarının aparılması, sıx əkin sxemlərində fındıq bitkisinin inkişafının öyrənilməsi planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə