“Tacikistan nəqliyyat sahəsində əməkdaşlığa açıqdır” - NAZİR

“Tacikistan nəqliyyat sahəsində əməkdaşlığa açıqdır” - NAZİR

Tacikistan nəqliyyat sahəsində əməkdaşlığa daim açıqdır. SİA xəbər verir ki, bunu Tacikistanın nəqliyyat naziri Azim İbrohim X Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, iqtisadi-ticarət layihələrinin inkişafı beynəlxalq nəqliyyat sistemlərinin inkişafını tələb edir ki, bu da öz növbəsində tədarük dəhlizinin olmasını labüd edir: "Bu səbəbdəndə nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi Tacikistanın strateji məqsədidir”.

Nazirin sözlərinə görə, bu gün mühüm məsələlərdən biri də ekoloji cəhətdən təmiz nəqliyyat növlərindən istifadə edilməsidir və bununla bağlı Tacikistanda xüsusi proqram işlənib hazırlanıb.

"Müstəqilliyin ilk günündən Tacikistan açıq qapı siyasəti yürüdüb. Tacikistanın xarici siyasətinə uyğun olaraq qlobal çağırışlara əsasən proqramlar hazırlanıb. Ölkə həmçinin beynəlxalq müqavilələrin də fəal iştirakçısıdır”, - Azim İbrohim bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə