Bu il yanvarın 1-nə Naxçıvan MR-da yeni nəsil nəzarət kassa aparatlarının sayı 73 ədəd olduğu halda, bu ilin 2 ayında 13 dəfədən çox artaraq 980 ədəd təşkil edib.
Bu barədə SİA-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, əgər ötən ilin sonuna obyektlərin 3,8 %-də yeni kassa aparatları quraşdırılmışdısa, fevralın sonuna bu nisbət 50,6 % təşkil edib.
Yeni nəsil nəzarət kassa aparatlarının tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB