Avropa İttifaqı iqtisadiyyatında daralma

Avropa İttifaqı iqtisadiyyatı 2022-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz daralıb.
Avropa İttifaqı iqtisadiyyatında daralma

Avropa İttifaqı iqtisadiyyatı 2022-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz daralıb.

SİA-nın əldə etdiyi məlumata görə, Avropa Statistika İdarəsi 2022-ci ilin son rübü üçün Avropa İttifaqı və Avrozonanın artım templəri ilə bağlı məlumatları yeniləyib.

Müvafiq olaraq 19 üzvlü Avrozonada ümumi daxili məhsul ötən ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə dəyişməz qalıb. Avrozonada ÜDM 2022-ci ilin son rübündə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artıb.

Digər tərəfdən, Avropa İttifaqında ÜDM 2022-ci ilin dördüncü rübündə əvvəlki rüblə müqayisədə 0,1 faiz azalarkən, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artıb.

Əvvəlki rüblə müqayisədə ÜDM son rübdə Almaniyada 0,4 faiz, İtaliyada 0,1 faiz azalarkən, Fransada 0,1 faiz, İspaniyada isə 0,2 faiz artıb.

İllik əsasda isə ÜDM Fransada 0,5 faiz, Almaniyada 0,9 faiz, İtaliyada 1,4 faiz və İspaniyada 2,7 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə