Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirib

Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini endirib

Türkiyə Mərkəzi Bankı 2022-ci ilin dekabrından bəri ilk dəfə uçot dərəcəsini 9 %-dən 8,5 %-ə endirmək qərarına gəlib.

SİA bu barədə Mərkəzi Bankın məlumatına istinadən xəbər verir.

"Mərkəzi Bankın Pul Siyasəti Komitəsi əsas uçot dərəcəsini 50 baza bəndi azaldaraq 8,5 %-ə endirib. Zəlzələnin yaxın perspektivdə iqtisadi aktivliyə təsir edəcəyi gözlənilsə də, ortamüddətli perspektivdə iqtisadi göstəricilərə daimi təsir göstərməsi gözlənilmir", - məlumatda deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə