İsveçrənin ən böyük bankı aktivlərini dondurub

İsveçrənin ən böyük bankı aktivlərini dondurub

İsveçrənin ən böyük maliyyə konqlomeratı “Credit Suisse” Rusiyanın 17,6 milyard İsveçrə frankı (19 milyard dollardan çox) məbləğində aktivlərini dondurub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bloklanan Rusiya aktivlərinin yalnız 4 milyard frankı İsveçrənin sanksiyalar siyahısına daxil edilmiş şəxslərə məxsusdur. Qalan 13,6 milyard isə digər dövlətlərdə sanksiyalara məruz qalmış şəxslərə aiddir.

Bildirilir ki, bu məbləğə Rusiya Mərkəzi Bankının vəsaitləri də daxildir.

Xatırladaq ki, bu həftə Avropa İttifaqının (Aİ) hüquq xidməti faktiki olaraq təsdiqlədi ki, Rusiya Mərkəzi Bankının 258 milyard dollarlıq “dondurulmuş” aktivlərinin 86%-nin harada yerləşdiyini bilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə