"Monitorinq və qiymətləndirmə İİTKM-in əsas istiqamətlərindəndir" - QURUM RƏSMİSİ BİLDİRDİ
"Monitorinq və qiymətləndirmə İİTKM-in əsas istiqamətlərindəndir. Mərkəz hazırda "Azərbaycan Respublikasının qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı", "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" və "Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı"nın monitorinq və qiymətləndirilməsini həyata keçirir". SİA xəbər verir ki, bu sözləri İİTKM-in ilin yekunlarına dair mətbuat konfransında Vüsal Qasımlı deyib.
O bildirib ki, eyni zamanda "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın monitorinq və qiymətləndirilməsini də Nazirlər Kabinetinin sifarişi əsasında İİTKM reallaşdırır: "İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən strategiyaların, dövlət proqramlarının, tədbir və tapşırıqların icra vəziyyətinin monitorinq və qiymətləndirilməsi üzrə ümumilikdə 78 monitorinq və qiymətləndirmə hesabatı hazırlanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB