Beynəlxalq valyuta fondunun (BVF) rəhbərliyi 2023-cü ilin dünya iqtisadiyyatı baxımından çətin olacağına diqqət çəkib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva “CBS” telekanalına müsahibəsində qlobal iqtisadiyyata münasibət bildirib.
Georgiyeva BVF-nin 2023-cü ildə tənəzzüllə dair gözləntiləri ilə əlaqəli ünvanlanan suala cavabən : “Dünya iqtisadiyyatının çox hissəsi üçün bu il, geridə qoyduğumuz ildən daha çətin olacaq”.
Georgiyeva buna səbəb kimi ABŞ, Avropa İttifaqı (Aİ) və Çinin iqtisadiyyatının yavaşlamasını göstərib.
ABŞ-ın ən dözümlü olduğuna diqqət çəkən Georgiyeva, ölkədə əmək bazarının kifayət qədər güclü olduğunu, ABŞ iqtisadiyyatının tənəzzüldən ən az təsirlə çıxa biləcəyini bildirib.
Georgieva Çində qısa müddətdə yeni növ koronavirus (Covid-19) hallarının artmasının da dünya iqtisadiyyatına mənfi təsir edəcəyini sözlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB