Azərbaycan qazı Moldovaya da nəqli olunur

Dekabrın 1-də səhər Azərbaycan qazının Yunanıstan-Bolqarıstan interkonnektoru (İGB) vasitəsilə Moldovaya nəqlinə başlanılıb.

“İnterkonnektor Bolqarıstanı yeni və müxtəlif mənbələrə çıxışı təmin edən və təchizatın etibarlılığının artırılmasına birbaşa töhfə verən Trans-Adriatik Qaz Boru Kəmərinə birbaşa birləşdirir. Yeni infrastruktur Mərkəzi və Cənub-Şərqi Avropanın bütün regionu üçün əsasdır və yeni mənbələrdən təbii qazın nəqli üçün tamamilə yeni marşrut yaradır”

Qeyd edək ki, bu barədə məlumatı İGB şirkəti yayıb.

Onu da qeyd edək ki, İnterkonnektor vasitəsilə nəql olunan qazın həcmi Bolqarıstanın qış istehlakının 30 faizdən çoxunu təmin edir.

Moldova üçün ayrılmış imkanlar da ölkə daxilində qış mövsümündə istifadə olunacaq.

Yeri gəlmişkən, Moldovaya qaz nəqlinin başlanması ilə İGB-nin imkanlarının 80 faizdən çoxu ehtiyatda qalıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə