Ukrayna hadisələri Azərbaycanın neft və qaz gəlirlərinə mənfi təsir göstərib

Bu il neft və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin 21,8 milyon manat olması proqnozlaşdırılsa da ilin sonuna daxilolmaların 12,7 milyon manat və ya 58,3 faiz olması gözlənilir.

SİA-nın Azərbaycan Respublikası Hesablama Palatasının rəyinə istinadən xəbər verir ki, daxilolmaların azalmasına səbəb Ukraynada davam edən münaqişələr və Qara Dənizdə daşınmalarla əlaqədar yaranmış məhdudiyyətlər, Qərb İxrac Boru Kəməri üzrə daşınmaların dayandırılması olub.

Bütün xəbərlər Facebook səhifəmizdə