"Emal sənayesinə güzəştlər tətbiq edilməlidir" - İQTİSADÇI ŞƏRH ETDİ

“Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün ən vacib istiqamətlərdən birincisi kənd təsərrüfatının inkişaf etdirilməsidir. Bu təkcə iqtisadiyyatın deyil, regionlarda məşğulluğun da təmin olunmasına, regional inkişafa gətirib çıxaracaqdır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün mütləq şəkildə kənd təsərrüfatı məhsullarının emal sənayesinə yönləndirilməsi üçün motivasiya yönümlü mexanizmi hazırlanmalıdır: “Eyni zamanda emal sənayesinə güzəştlər tətbiq edilməlidir. Bunlar olmayana qədər kənd təsərrüfatında normal inkişafdan danışmaq mümkün olmayacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə