10 ayda idxal əməliyyatlarının ən yüksək göstəricisi sentyabrda qeydə alınıb

10 ayda idxal əməliyyatlarının ən yüksək göstəricisi sentyabrda qeydə alınıb

Yanvar-oktyabr aylarında Azərbaycanda ən çox idxal əməliyyatları sentyabrda aparılıb.
Dövlət Gömrük Komitəsindən SİA-ya bildirilib ki, on ayda idxal əməliyyatlarının ən yüksək göstəricisi sentyabrda, ən aşağı göstəricisi isə martda qeydə alınıb. Belə ki, sentyabrda idxal əməliyyatlarının dəyəri 1 milyard 425 milyon ABŞ dolları, martda isə 953 milyon dollar təşkil edib.

Qeyd edək ki, cari ilin on ayında idxalın dəyəri 11 milyard 587,5 milyon dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə