“Ağıllı kənd təsərrüfatı bilavasitə müasir informasiya və texnologiyalarının kənd təsərrüfatında tətbiqinə əsaslanır. Bu istər genetik tədqiqatlar sahəsində, istərsə də bitkiçiliyin müxtəlif növlərinin yetişdirilməsi üzrə olan proseslərdə yeni texnoloji yanaşmaların tətbiqinə əsaslanır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, bu zaman birmənalı olaraq böyük məlumatlar bazasının mövcudluğu şərtdir: “Bu məlumatlar bazasının mövcudluğu şəraitində biz məhz ağıllı kənd təsərrüfatını idarə edə bilərik.
Ağıllı kənd təsərrüfatı dedikdə təbii ki, burada müasir suvarma sistemləri, müasir texnologiyalarla yetişdirilmiş toxum sortları, qulluğun ən yüksək səviyyədə həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda kənd təsərrüfatı müəssisələrində göstərilən xidmətin ən yeni vasitələrlə həyata keçirilməsi də buna aiddir.
Azərbaycanda isə bununla bağlı vəziyyət o qədər də qənaətbəxş deyil və kifayət qədər çatışmazlıqlar var. Amma bunların aradan qaldırılması üçün işlərə başlanılıb. Biz "Ağıllı kənd" layihəsini Zəngilanda icra etdik və bunun işartıları görünməkdədir. Düşünürəm ki, bu proses getdikcə genişlənib, bütün ölkəni əhatə edə bilər. Lakin bunun üçün regionlarda sahibkarlığın inkişafına, o cümlədən də smart kənd təsərrüfatının yaradılmasında ciddi mailiyyə vəsaitlərinin yatırılmasına ehtiyac var”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB