Bakıda XI Regionlararası Forum keçiriləcək

Bakıda XI Regionlararası Forum keçiriləcək

Noyabrın 17-18-də Bakıda XI Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək.

Bu barədə məlumatlı mənbə bildirib.

SİA “İnterfaks-Azərbaycan”-ya istinadən xəbər verir ki, iştirakçılar investisiya sahəsində qarşılıqlı fəaliyyət, nəqliyyat infrastrukturu, biznes, kənd təsərrüfatı sahəsində əməkdaşlıq və humanitar əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər.

Rəsmi açılışda Rusiya və Azərbaycanın baş nazirləri Mixail Mişustin və Əli Əsədov iştirak edəcəklər.

Plenar iclasda Rusiya Federasiyası İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Maksima Reşetnikova və Azərbaycan İqtisadiyyat Nazirliyinin rəhbəri Mikayıl Cabbarov çıxış edəcəklər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə