"YARAT”ın Xaçmazda təşkil etdiyi səyyar sərgisinə yekun vurulub

"YARAT” Müasir İncəsənət Məkanının Xaçmaz rayonunda incəsənət həvəskarları üçün təşkil etdiyi “Yenə o bağ olaydı” adlı səyyar sərgisinə yekun vurulub.

SİA-nın məlumatına görə, sərginin ekspozisiyasında rəssamlar Ağababa Bağırov, Etibar İsmayılov, Günay Əliyeva, Mousa Bəyzadə, Nəzrin Məmmədova, Vüsalə Ağarazıyeva, Leyli Qafarova kimi gənc sənətçilərin və tanınmış italiyalı rəssam Mikelancelo Pistolettonun əsərləri təqdim olunurdu. Bununla yanaşı, sərgi Ruslan Abbasov, Günel Axundlu, Rəna Bəşirova, Timo Herbst, Orxan Hüseynov, Mersedes Şturm-Li və Fərid Rəsulovun əsərlərini özündə ehtiva edən videoskrininq proqramı ilə müşayiət edilirdi. Həmçinin, sərgidə “

YARAT”ın “Nargis Magazine” ilə birgə əməkdaşlığı çərçivəsində “Recycle Project” (2019) layihəsinə daxil olan “Pablik art” proqramı da təqdim olunurdu.

Bütün xəbərlər Facebook səhifəmizdə