İşğaldan azad olunmuş torpaqlar haqqında silsilə videoçarxlar hazırlanır

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi "Şücaətli Azərbaycan ordusunun uğurları" layihəsini uğurla davam etdirir. Layihə çərçivəsində videoçarxlar hazırlanır və kitabxananın sosial şəbəkələri vasitəsilə təqdim olunur.

SİA-nın məlumatına görə, videoçarxlarda Azərbaycan ordusunun silsilə qalibiyyətləri zamanı işğaldan azad olunmuş torpaqlar haqqında informasiyalar virtual oxuculara çatdırılır.

Kitabxananın təqdim etdiyi növbəti videoçarxda Xocavənd rayonunun Hadrut qəsəbəsi ilə yanaşı işğaldan azad edilmiş digər kəndləri haqqında da ümumi məlumatı əks olunub.

Videoçarx Çinarə Məlikzadənin "Azərbaycan" mahnısının müşayiəti altında nümayiş olunub.

Qeyd edilən videoçarx kitabxananın "YouTube" kanalında yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə