Müstəqil Azərbaycanın qurucusu - ulu öndər Heydər Əliyev vətənpərvərliyi, vətəndaşlıq duyğusunu həmişə xalqın, dövlətin, vətənin taleyinin ayrılmaz tərkib hissəsi hesab edirdi. Onun azərbaycançılıq ideyasının güclənməsində, onun etnik-milli müstəvidən dövlətçilik və vətənpərvərlik müstəvisinə keçirilməsində müstəsna rolu vardır. Ümummilli Lider vətənpərvərliyə və dövlətçiliyə əsaslanan azərbaycançılığı qurdu, yaratdı, eyni zamanda, əməli surətdə həyata keçirdi. Milli ideologiyadan, azərbaycançılıq ideologiyasından danışarkən, Ulu Öndər hər bir azərbaycanlının vətənpərvərlik hissləri ilə yaşamasını daim önə çəkirdi: "Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun".

Bu gün Respublika Gənclər Kitabxanasının qarşımızda gənclərimizin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi yönümündə, onlarda Vətənə, xalqa, milli –mənəvi dəyərlərimizə olan sevgi və bağlılıq hisslərini inkişaf etdirmək kimi ali bir vəzifə durur.

SİA-nın məlumatına görə, azərbaycançılıq ideologiyasını rəhbər tutan kitabxana “Mən Azərbaycanlıyam” aksiyasına start verib və bu aksiya çərçivəsində hərbi-vətənpərvərlik ruhunda, mövzusunda yazılan poeziya nümunələrinə müraciət edib.

Kitabxananın əməkdaşları tərəfindən Bəxtiyar Vahabzadənin “Azərbaycan” və “Bayraq”, Səməd Vurğunun “Şuşa”, Nuranə Nurun “Oğluma” və s. şeirləri səsləndirilərək, videomaterial formasında izləyicilərə təqdim edilib. Bu aksiyanın təşkil etməklə kitabxana istifadəçilərini, gənc nəslin nümayəndələrini hərbi vətənpərvərlik mövzusunda yazılan poeziya nümunələri ilə tanış etmək istəmişdir. Videoçarxların hər biri Milli Ordumuzun qururverici görüntüləri, doğma Azərbaycanımızın füsunkar gözəlliklərini tərənnüm edən fotomateriallarla müşayiət olunur. Layihə uğurla davam etdirilir və “Bəyənmə” saylarına görə yerləşdirilən materiallar ön sıralardadır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...