Esse müsabiqəsinin nəticələri məlum olub

Respublika Uşaq Kitabxanasının təşkil etdiyi “Niyyəti gözəl, bu günü gözəl, sabahı parlaq Azərbaycanım” adlı virtual esse müsabiqəsinin nəticələri məlum olub. SİA-nın məlumatına görə, esselər iştiraka görə və həvəsləndirici yerlərlə yanaşı, I ,II ,III yer olaraq qiymətləndirilib.

Birinci yerə Göyçay şəhər Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbin IX sinif şagirdi Yusifli Xanım, ikinci yerə Bakı şəhər Nizami rayon Kamil Əyyubov adına 12 nömrəli tam orta məktəbin VI sinif şagirdi Əlizadə Yusif, üçüncü yerə Şuşa şəhər 1 nömrəli tam orta məktəbin VI sinif şagirdi Nərmin Hüseynova layiq görülüb.

Respublika Uşaq Kitabxanası tərəfindən qaliblərə və iştirakçı uşaqlara diplomlarla yanaşı, kitablar da hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...