Onbirillik incəsənət məktəbi V elmi-ifaçılıq konfransı keçirib

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli onbirillik incəsənət məktəbi Azərbaycanın görkəmli bəstəkarı F.Əmirovun anadan olmasının 98-ci il dönümünə həsr olunmuş V elmi-ifaçılıq konfransı keçirib.

İdarədən SİA-ya bildirilib ki, konfrans COVID-19 pandemiyası ilə əlaqədar “Zoom” proqramı vasitəsilə virtual şəkildə təşkil olunub.

Konfransı açan incəsənət məktəbinin direktoru, professor, Əməkdar müəllim Adilə Yusifova iştirakçıları böyük bəstəkarın anadan olmasının 98-ci ildönümü və şərəfli Qələbə münasibətilə təbrik edib.

Sonra məruzəçi Bakı şəhər uşaq musiqi və incəsənət məktəbləri arasında keçirilən növbəti konfransın mahiyyətindən, məktəbdə yaradılmış F.Əmirov mini-muzeyi, sərgilənən eksponatlar, muzeyin fəaliyyəti ilə bağlı məlumat verib.

Sonda incəsənət məktəbinin direktoru A.Yusifova virtual konfransın ərsəyə gəlməsində iştirakçılara minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə