Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Azərbaycanın dilbər guşələrindən olan Qarabağın tarixinə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlayıb.

SİA-nın məlumatına görə, videoçarxı Mərkəzi Kitabxananın metodika və biblioqrafiya şöbəsinin müdiri A.İsmayılova səsləndirib.
Videoçarxda bu bölgədə aşkar olunan ən qədim insan məskənləri və əzəli əbədi torpağımız Qarabağ haqqında qısa məlumat verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə