Kitabxana əsgərlərimizə dəstək məqsədilə videoçarxlar hazırlayıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanası koronavirus pandemiyasının hökm sürdüyü bu dövrdə öz torpaqlarımızda gedən Vətən müharibəsində vuruşaraq qalibiyyət qazanan əsgərlərimizə dəstək olmaq məqsədilə videoçarxlar hazırlayıb.

İdarədən SİA-ya bildirilib ki, videoçarxlar kitabxananın “Facebook” və “Instagram” səhifələrində oxuculara təqdim edilib.

Hər azad olunmuş torpaqlarımızda zəfər bayrağımızı dalğalandıran müzəffər əsgərlərimizin igid ruhu nəinki yetkin insanları, kiçikyaşlı oxucuları da qürurlandırır. Əsgərlərimizin cəbhə bölgəsində göstərdiyi şücaətə görə kiçikyaşlı oxucularımız hazır etdikləri videogörüntülərlə onlara dəstək olurlar.

Bu vətənpərvər ruhlu oxuculardan biri də Nəcməddin Sadıqzadədir. O, təqdim etdiyi videoçarxda əsgələrə Azərbaycan, ingilis, rus dillərində müraciət edib və “Azərbaycan əsgəri” şeirindən bir hissə səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...