Serbiyada Üzeyir Hacıbəylinin xatirəsi anılıb FOTOLAR

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin vəfatının yetmiş ikinci ildönümü münasibətilə Serbiyanın Novi Sad şəhərindəki abidəsi önünə əklil qoyulub. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın Serbiyadakı səfirliyinin “Twitter” səhifəsində yazılıb.

Mərasimdə ölkədə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları və tanınmış diaspor xadimləri iştirak ediblər. Üzeyir Hacıbəylinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə