“Mənim qəhrəman əsgərim!” müsabiqəsinin qalibləri elan edilib

Respublika Gənclər Kitabxanası Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarını rəhbər tutaraq Azərbaycanın bütövlüyü uğrunda şərəflə döyüşərək adını əbədi olaraq şanlı tariximizə yazan qəhrəmanlarımız haqqında elan etdiyi esse və şeir müsabiqəsini yekunlaşdırıb.

SİA-nın məlumatına görə, müsabiqə elan olunduğu gündən kitabxananın elektron poçt ünvanına çoxlu sayda şeir və esse nümunələri göndərilib. Onların hər biri kitabxananın sosial şəbəkələrində yerləşdirilib. “Mənim qəhrəman əsgərim!” mövzusunda esse və şeir müsabiqəsinin qalibi onlayn səs çoxluğu əsasında (“Bəyənmə” sayına görə) “Vətən çağırır” şerinin müəllifi Sevinc Həsənzadə seçilib. O, müəllifi olduğu şeirdə Azərbaycanın 30 illik Vətən həsrətindən, mübarizə yolundan Həzi Aslanov, İlqar Mirzəyev, Polad Həşimov və s. kimi igid oğullarından bəhs edib.

Bundan əlavə Respublika Gənclər Kitabxanası təşkilatçılıq hüququndan istifadə edərək daha bir qalibin seçilməsinə qərar verib. Bu müsabiqəyə Azərbaycan ordusuna həsr olunmuş videoçarxla qatılan Məsim Məmmədov olub. Sözügedən şəxs Azərbaycan ordusu haqqında şeir yazıb, bu şeirə musiqi bəstələyərək, mahnı formasında ifa edib və sonda videoçarx hazırlayaraq müsabiqəyə qatılıb.Qeyd edək ki, ölkəmizdə hökm sürən pandemiya rejimi ilə əlaqədar qaliblərin mükafatlandırılması mərasimi 2021-ci il yanvar ayına kimi təxirə salınır. Bununla bağlı hər hansısa bir yenilik olarsa kitabxananın “Instagram” və “Facebook” səhifələrində məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə