“Zəfər sənindir, Azərbaycan əsgəri!” FOTOLAR+VİDEO

Şanlı Ordumuzun cəbhədə böyük şücaət və möhkəm iradə göstərərək əzəli torpaqlarımız olan Qarabağı işğaldan azad edərək bizlərə qələbə sevinci yaşadıb. Bu münasibətlə F.Köçərli adına Respublika Uşaq Kitabxanası “Zəfər sənindir, Azərbaycan əsgəri!” adlı aksiyasına həsr olunan videoçarx hazırlayıb.

SİA-nın məlumatına görə, aksiyanın keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrdə vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməklə onlarda məktub yazmaq vərdişi aşılamaqdır.

Aksiya çərçivəsində kitabxanaya 1000-ə yaxın məktub daxil olmuşdur.

Respublika Uşaq Kitabxanası aksiyaya həsr etdiyi videoçarx vasitəsilə əsgərlərə yazılan məktublardan bir neçəsini təqdim edib. Yazılan məktublar kiçik ürəklərin böyük məhəbbətidir.

Qeyd edək ki, videoçarx kitabxananın “Facebook”, “Instagram”, “Twitter” sosial şəbəkələri, “YouTube” və kitabxananın internet ünvanı vasitəsilə təqdim edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə