“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi ilə bağlı (MKS) videoçarxlar hazırlayır. İdarədən SİA-ya bildirilib ki, şəhidlərin əziz ruhunu daim yad edən və ölməz igidlərimizin əziz xatirəsini qələmi ilə yaşadan istedadlı yazıçı Gülarə Munis növbəti əsərini kitabxanaya təqdim edib.

Yazıçı Gülarə Munis şəhid Elmar Mirzəyev barədə yazılmış əsərini oxucuların diqqətinə çatdırıb.

Əsərdə 1992-ci il noyabrın 15-də Ağdamın Güləbli kəndində şəhid olan 22 yaşlı Elmar Mirzəyevin mərdliyi və yurdu üçün etdiyi fədakarlıqdan bəhs olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...