“IFLA Metadata Newsletter” nəşrində Azərbaycan Milli Kitabxanası haqqında məqalə verilib

Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyasının (İFLA) biblioqrafiya bölməsinin “IFLA Metadata Newsletter” 2020-ci il iyun buraxılışında Azərbaycan Milli Kitabxanasının COVID-19 pandemiyası dövründə fəaliyyəti haqqında məqalə verilib.

SİA-nın məlumatına görə, məqalədə koronavirus pandemiyası dövründə, xüsusi karantin rejimində Azərbaycan Milli Kitabxanasında kitabxana-informasiya xidmətinin onlayn rejimdə təşkilindən, metodik fəaliyyətindən, MDB ölkələrinin və bir sıra dünya ölkələrinin Milli Kitabxanalarının iştirakı ilə keçirilən Beynəlxalq Kitabxana telekonfranslarında Azərbaycan Milli Kitabxanasının iştirakından və istifadəçilərin informasiya tələbatının ödənilməsi məqsədilə həyata keçirdiyi Elektron layihələrdən bəhs edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə