“Kitabxana – koronavirusa yox deyir!” layihəsi davam edir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası oxuculara virtual xidmət göstərir. İdarədən SİA-ya bildirilib ki, “Kitabxana – koronavirusa yox deyir!” layihəsi çərçivəsində “Evdə qal, evdə yarat” çağırışına dəstək olaraq, virtual formada öz şeirini oxuculara təqdim edən şairlərdən biri də şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin Gülarə Munisdir.

Yaradıcılığında uşaqlara xüsusi diqqət verən şairə onlar üçün nağıllar və şeirlər yazıb. Onun Azərbaycanda ilk dəfə latın əlifbasının bütün hərfləri ilə kiçik mətnlərdən və yanıltmaclardan ibarət “Ana dilim, can dilim” adlı uşaq kitabı nəşr olunub. Şairə növbəti dəfə kiçikyaşlı oxuculara “Vaxtın qədrini bilək” şeirini təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə