Gəncə Dövlət Dram Teatrı onlayn rejimdə fəaliyyət göstərir

Gəncə Dövlət Dram Teatrı mart ayının 20-dən etibarən tamaşalarını #evdəqalteatrsızqalma devizi ilə onlayn rejimdə həftədə üç tamaşa olmaqla teatrın "Facebook" səhifəsində yayımlamağa başlayıb. SİA-nın məlumatına görə, aprel ayından isə onlayn yayımlanan tamaşaların sayını artıraraq, həftədə beş gün olmaqla onlayn efirə çıxır. Tamaşaçıların xüsusi karantin günlərində vaxtlarını daha səmərəli keçirmələri üçün, hətta özünün onlayn-radiosunu yaradaraq, Gəncə Dövlət Dram Teatrının cari repertuarında olan tamaşaların və arxiv tamaşalarının radio versiyasını hazırlayaraq tamaşaçıların ixtiyarına verib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...