“Böyük səhnəyə yol” Heydər Əliyev Sarayının səhnəsindən keçəcək

Sentyabrın 28-də Heydər Əliyev adına Sarayda "Böyük səhnəyə yol" adlı konsert təşkil olunacaq. Bu barədə SİA-ya sarayın mətbuat xidmətindən məlumat verilib. Gənc ifaçılara dəstək məqsədi daşıyan bu layihə əməkdar artist Aybəniz Haşımova ilə birgə həyata keçiriləcək. Konsert proqramında yalnız peşəkar ifalara, musiqilərə yer veriləcək.

Konsertdə çıxış edəcək müğənnilər ölkəmizdə fəaliyyət göstərən nüfuzlu musiqi məktəblərini bitirən istedadlı gənclərdir. Mirkamil Kamilov, Aynişan Quliyeva, Aygün İsmayılova, Müşfiq Əliyev, Fuad Ağayev, Çingiz Mustafayev və başqaları bu gənclərdəndir. Konsertdə bütün janrlar əhatə olunacaq.

Layihənin özəlliklərindən biri də odur ki, bütün ifaçılar konsertin əvvəlindən axırınadək səhnədə olacaqlar. Konserdə ifaçıları Faiq Süleymanovun rəhbərliyi ilə "Xəzər" İnstrumental ansamblı müşayiət edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...