Rusiya inqilabçısı, SSRİ-nin qurucusu Vladimir İliç Leninin qranitdən olan 3,5 tonluq başı Berlin sərgisində nümayiş olunacaq. SİA-nın "RİA novosti"yə istinadən verdiyi xəbərə görə, açılışı 29 apreldə Berlinin "Tsitadel Şpandau" ("Zitadelle Spandau") muzey kompleksində gerçəkləşən "Yenidən açılış. Berlin və onun abidələri" ekspozisiyasında sərgilənəcək heykəlin müəllifi Nikolay Tomski olub. 1970-ci ildə Berlinin mərkəzi küçələrindən birində qoyulan 19 metrlik abidə 1991-ci ildə hökumətin qərarı ilə, sındırılaraq 129 hissəyə parçalanıb.
Qeyd edək ki, ilk dəfə 2009-cu ildə nümayiş olunan "Yenidən açılış. Berlin və onun abidələri" sərgisində bu il ümumilikdə, 100-ə yaxın siyasi liderin vaxtilə Berlin küçələrindən yığışdırılan abidələri sərgilənəcək.
Sərgi oktyabr ayına kimi davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə