“Danışan gəlincik” və “Sarıköynəklə Valehin nağılı” FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı özünün 87-ci teatr mövsümünə sentyabr ayının 20-də saat 12:00-da Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış "Danışan gəlincik" tamaşası ilə start verəcək. SİA-nın verdiyi məlumata görə, iki hissəli nağıl tamaşanın quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, bəstəkarı Əməkdar İncəsənət Xadimi Gövhər Həsənzadə, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Günay Qasımovadır.

Tamaşada əməkdar artistlər Gülər Nəbiyeva, Leyli Vəliyeva, aktyorlar Günel Məmmədova, Simuzər Ağakişiyeva, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Elşən Hacıbabayev, Anar Seyfullayev, Mehriban Hüseynova, Güşvər Şərifova, Eyvaz İbrahimov, Elşən Şıxəliyev, Xalidə Əliməmmədova, Müşfiq Əliyev, Eşqin Quliyev, Roza İbadova, İradə Rəşidova, Vahid Orucoğlu, Ramil Məmmədov, Xaliq Bəkirov, Vüsalə Qubadova iştirak edəcəklər.

Həmin gün saat 19:00da görkəmli dramaturq İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" romanı əsasında hazırlanmış eyniadlı yeni tamaşanın premyerası baş tutacaq.

Quruluşçu rejissoru Azərbaycan və Kalmıkiya Respublikalarının Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov olan tamaşanın quruluşçu rəssamı Əməkdar Rəssam İsmayıl Məmmədov, bəstəkarı Cəmalə Nəsirovadır.

Tamaşada əsas rolları aktyorlar Günel Məmmədova (Sarıköynək), Elnur Kərimov (Valeh), Xalq Artistləri Tariyel Qasımov (Muradzadə), Yasin Qarayev (Baləmi), əməkdar artistlər Naibə Allahverdiyeva (Simuzər), Lətifə Əliyeva (Güllübəyim), Qəmər Məmmədova (Ceyran) və başqaları ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə