“Faciələrimizdən dərs alaq” adlı tədbir keçirilib- FOTOSESSİYA

Bu gün Respublika İncəsənət Gimnaziyasında Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı "Faciələrimizdən dərs alaq" adlı tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir Şuşa haqqında ifa ilə başlayıb.

Tədbirin davamında Şuşa haqqında video çarx nümayiş olunub. Şuşanın işğalının 20-ci ildönümünə həsr olunan mərasim rayonun dinc dövrü, faciənin baş verməsi və sonunda qələbə ilə başa çatması ilə bağlı ədəb- bədii kompozisiyada öz əksini tapıb.

Məlumat üçün bildirək ki, tədbirdə həmçinin gimnaziyanın şağirdlərinin mövzu ilə bağlı rəsm əsərləri də sərgilənib. Ədəbi- bədii gecədə 2 tamaşa, şeir parçaları, pantomim rəqs nömrələri də nümayiş olunub.

Tədbirdə İncəsənət Gimnaziyasının rəssamlıq, teatr, rəqs və digər şöbələri iştirak ediblər.


Bütün xəbərlər Facebook səhifəmizdə