Azərbaycanın \"Eurovision- 2012\" təmsilçisi Səbinə Babayeva Avropa turnesi çərçivəsində Maltaya səfər edib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Maltaya ilk dəfə səfər edən təmsilçimiz fanatları və yerli mətbuatla görüşəcək.


Səbinə Babayeva mayın 4-də Malta \"TVAM\" kanalının səhər proqramında olacaq və \"Radio B’Fast Show\"ya müsahibə verəcək. Daha sonra o, \"Gwida\" jurnalı və esctoday.com saytının nümayəndəsi ilə görüşəcək. Səbinə həmçinin \"Hadd Ghalik TV\" şouda Eurovision mahnısı olan \"When The Music Dies\" ifa edəcək.


Səbinə üçün əsas hadisə ölkənin ən çox izlənilən \"Şarabank TV\" şousunda iştirak etməkdir. O, bu şouda Malta təmsilçisi Kurt Kalleya və Türkiyə təmsilçisi Can Bonomo ilə eyni səhnəni bölüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...