Müqəddəs rəqəmlərin əhatəsində dünyaya gələn Məsumə

Azərbaycan teleməkanında kifayət qədər tanınan, psixologiya elmləri doktoru İlham Mirzəyev illərdir ki, yeni layihələri ilə tamaşaçılarla görüşə gəlir, onlara xoş ovqat bəxş edir. Saysız tamaşaçı auditoriyası ilə təmas quran teleaparıcı canlı əlaqədə tamaşaçı marağının əhatəsində olan sualları cavablandıraraq onlara həyata yaşamaq eşqini verir. \"Space\" telekanalında \"Etiraf\" və "Bizi barışdırın" verilişləri ilə tamaşaçı taleyinə laqeyd qalmayan İ.Mirzəyevin özünün şəxsi həyatı da əks tərəf üçün maraq doğurur. Bu günlərdə onun ata olması ilə bağlı səmimi etirafı "Etiraf" izləyicilərinə xoş xəbər oldu. Bu onun ilk övladı olmasa da sevincinin başqa bir tərəfi var. İ.Mirzəyev yayımlanan bu xəbərlə bağlı SİA-ya səmimi şəkildə fikirlərini bildirdi.

45 yaşında Tanrının ona övlad bəxş etməsi sevincini yaşayan teleaparıcı bunun İlahiyə ünvanladığı duaların nəticəsində olduğunu söylədi. 44 yaşını dostları ilə qeyd edən İ.Mirzəyev Tanrıya yaxın insan olduğundan gələn ad günüdə ailələrinə bir övladın da bəxş olunmasını arzulamışdı. Təsadüfmü, yoxsa zərurətmi 45 yaşını qeyd edən psixoloq qız övladının dünyaya gələcəyi müjdəsini alır. Həyat yoldaşı ilə birgə əhd edərkən qızının dünyaya gələndə ona səkkizinci imam Rzanın (ə) bacısı Həzrəti Mənsumənin adını verəcəklərini demişdilər. Arzu uzun müddət ötmədən çin olub. Bu gün onun ailəsinin qız övladı müqəddəsimizin adını daşıyır. Xoş gündə, ayda və ildə dünyaya gələn körpənin gələcək naxışını elə bu tarixlə də əlaqələndirə bilərik. Yaşadığımız əsrin ən xoşbəxt günlərindən olan 11 noyabr 2011-ci il tarixi onun doğum gündür. Bütövlükdə müqəddəs hesab edilən bir rəqəmlərinin əhatəsində - 11.11.11-si ildə anadan olan Məsumə bu müqəddəslik içərisində boya-başa çatacaq. Başqa bir xoş təsadüf isə psixoloqun oğlu Həsənin ad günü 10 noyabr tarixindədir. Bundan sonra noyabr ayının iki günündə ailə üçün sevincli günlər yaşanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə