Lili Kollinz “Tiffani-də səhər yeməyi” filminin çəkilişi ilə bağlı layihədə Odri Hepberni oynayacaq.
Qarşıda gözlənilən film Sem Vassonun “Beşinci prospekt, səhər saat 5: Audrey Hepbern, Tiffani-də səhər yeməyi və müasir qadının şəfəqi” kitabı əsasında çəkiləcək və 1961-ci ilin məşhur romantik komediyasının pərdəarxası istehsalını araşdıracaq.
SİA-nın məlumatına görə, Kollinz həmçinin prodüser kimi də fəaliyyət göstərəcək.
Onun sözlərinə görə, layihə təxminən on ildir ki, hazırlanır. Ssenari "Dikkinson" teleserialının yaradıcısı Alena Smit tərəfindən yazılacaq, lakin rejissor hələlik məlum deyil.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB